AZ

Medvedev: Ədliyyə Nazirliyi Rusiyanı dost olmayan ölkələrin təzyiqlərindən qoruyur

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya Ədliyyə Nazirliyi ölkəni dost olmayan dövlətlərin fəaliyyətindən qorumağa imkan verən tədbirlər görüb.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkələrində yayımlanan video müraciətində qeyd edib.

“Beynəlxalq əməkdaşlıq sahəsində ciddi nəticələr əldə olunub: dövlətimizi dost olmayan ölkələrin fəaliyyətindən qorumaq üçün mühüm tədbirlər qəbul edilib. Bu, ictimai təhlükəsizliyi və qanun-qaydaları gücləndirmək işini daha səmərəli aparmağa imkan verir”, — deyə o bildirib.

Medvedev: “Ədliyyə Nazirliyinin tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfə də az önəmli deyil”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
bizimyol.info

1Mənbələr