AZ

Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin müavininə təqdim edib

Sofiya, 7 aprel, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin müavini Radi Naydenova təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir Elmar Məmmədov və nazir müavini Radi Naydenov Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, iki ölkənin strateji tərəfdaşlığının inkişafına, eləcə də enerji, yaşıl enerji, rəqəmsal inkişaf, nəqliyyat bağlantıları, mədəniyyət və insanlararası əlaqələr sahələrində əməkdaşlığa xüsusi diqqət yetiriblər.

Tərəflər fəal siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və son illərdə ikitərəfli əməkdaşlığın müsbət dinamikasından məmnunluqlarını ifadə ediblər. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi rolu da yüksək qiymətləndirilib. Hər iki tərəf Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Seçilən
25
1
azertag.az

2Mənbələr