AZ

Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb

Türkiyə təxribatlara dözməyəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrailin Baş konsulluğuna silahlı hücumdan danışarkən bildirib.

Atışmanı pisləyən Ərdoğan deyib ki, Türkiyədəki etimad atmosferinin məqsədyönlü təxribatlarla pozulmasına imkan verməyəcəklər.

Onun sözlərinə görə, atışma vaxtı biri ölü, ikisi yaralı olmaqla, üç terrorçu zərərsizləşdirilib, iki polis yüngül xəsarət alıb.

Türkiyə Prezidenti qeyd edib ki, hadisə ilə bağlı həm İstanbul Baş Prokurorluğu, həm də polis və kəşfiyyat orqanları araşdırma aparır.

Seçilən
23
9
apa.az

10Mənbələr