AZ

Ərdoğan İsrail Baş Konsulluğu ilə bağlı hadisəyə reaksiya verdi

BAKI, 7 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı İsrail Baş Konsulluğu yaxınlığında baş verən insidenti təxribat adlandırıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı Türkiyənin belə təxribatlara imkan verməyəcəyini bildirib.

“Üç terrorçu zərərsizləşdirilib. İstanbul sakinlərinə keçmiş olsun. Xain hücumu qınayıram. Yaralı polislərimizə şəfa diləyirəm. Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına icazə verməyəcəyik”, - Ərdoğan qeyd edib.

Seçilən
2
teleqraf.com

1Mənbələr