ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Vyetnamda yeni dövlət başçısı müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, Vyetnam Milli Məclisi Vyetnam Kommunist Partiyasının (VKP) Baş katibi To Lamı ölkənin yeni Dövlət Başçısı seçib.
"VN Express" xəbər saytının məlumatına görə, To Lam Məclisdə keçirilən səsvermədə iştirak edən 495 millət vəkilinin tam dəstəyini alıb.
Beləliklə, To Lam 2026-2031-ci illər arasında vəzifəni icra edəcək yeni Dövlət Başçısı seçilib.
Vyetnam Kommunist Partiyası (VKP) yanvar ayında 14-cü Milli Qurultayı toplamış, qurultayda To Lam partiyanın liderliyinə yenidən seçilmişdi.
Ölkədə seçicilər 5 il müddətinə vəzifə icra edəcək yeni Milli Məclis üzvlərini müəyyən etmək üçün 15 martda sandıq başına getmişdilər.
VKP Baş katibliyi ölkədə ən yüksək, dövlət başçılığı isə ikinci ən yüksək vəzifə olaraq bilinir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.