AZ

Tıxacın həlli yeni yollar deyil, ictimai nəqliyyatdır Ekspert şərhi

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Paradoksun mahiyyəti ondan ibarətdir ki, nəqliyyat şəbəkəsinə yeni yol əlavə edildikdə ümumi hərəkət sürəti artmaq əvəzinə azalır"

Bakı şəhərində tıxacın artması son illərdə müzakirə olunan ciddi problemlərdən birinə çevrilib. İlk baxışda çıxış yolu kimi yeni yolların çəkilməsi, körpü və tunellərin tikilməsi məntiqli görünsə də, praktika bunun əksini göstərir.

Nəqliyyat məsələləri üzrə eksperti Yasin Mustafayev Sherg.az-a bildirib ki, yolların genişləndirilməsi tıxac problemini aradan qaldırmır, əksinə, onu daha da dərinləşdirir. Onun sözlərinə görə, bu yanaşma nəqliyyat elmində “Braess paradoksu” kimi tanınır:

“Paradoksun mahiyyəti ondan ibarətdir ki, nəqliyyat şəbəkəsinə yeni yol əlavə edildikdə ümumi hərəkət sürəti artmaq əvəzinə azalır. Bunun əsas səbəbi “gizli tələbat”ın ortaya çıxmasıdır. Yeni yol infrastrukturu sürücülər üçün əlavə rahatlıq siqnalı yaradır və əvvəllər tıxac ehtimalına görə şəxsi avtomobildən istifadə etməyən insanlar da yollara çıxmağa başlayır. Nəticədə yolun tutumu artsa da, avtomobillərin sayı daha sürətlə çoxalır və bu da yenidən sıxlığa səbəb olur. Digər tərəfdən, ictimai nəqliyyatın yetərincə inkişaf etməməsi, fərdi avtomobillərə üstünlük verilməsi və hər il ölkəyə on minlərlə yeni nəqliyyat vasitəsinin daxil olması vəziyyəti daha da ağırlaşdırır”.

Dünya təcrübəsinə istinad edən ekspert bildirib ki, tıxac probleminin effektiv həlli yolların sayını artırmaqdan deyil, şəhər mobilliyini şaxələndirməkdən keçir:

“İctimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi, velosiped infrastrukturunun qurulması və piyada zonalarının genişləndirilməsi daha dayanıqlı və uzunmüddətli nəticələr verir. Bu baxımdan “yeni yolların çəkilməsinə üstünlük verilməlidir, yoxsa ictimai nəqliyyatın keyfiyyəti artırılmalıdır?” sualı aktual olaraq qalır”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sherg.az

1Mənbələr