AZ

İstanbuldakı konsulluğa hücumla bağlı İsraildən Türkiyəyə MESAJ – FOTO

İsrail Xarici İşlər Nazirliyi İstanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail XİN-in “X” hesabında paylaşım edilib.

“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Dünya üzrə İsrail nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün İstanbulda İsrail konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib.

Hadisə nəticəsində 2 polis yaralanıb. Hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digə ikisi isə yaralı olaraq ələ keçirilib.


Bizim.Media

Seçilən
17
2
bizim.media

3Mənbələr