AZ

"İranın cavab tədbirləri ABŞ-ni və müttəfiqlərini illərlə neft və qazdan məhrum edə bilər" - SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib, İranın “qırmızı xətləri” keçilərsə, cavab tədbirlərinin onların infrastrukturuna ciddi ziyan vuracağını bildirib.

Redaktor.azxəbər verir ki, "Tasnim"in məlumatına görə, SEPAH Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin “Əsl Vəd 4” əməliyyatının 99-cu dalğasında birgə hərəkət etdiyini açıqlayıb.

Əməliyyat çərçivəsində ABŞ-nin Fars körfəzindəki, Hörmüz boğazındakı bazalarına və işğal olunmuş Fələstin ərazilərindəki hərbi mərkəzlərinə ballistik və kruiz raketləri, eləcə də hücum dronları ilə zərbələr endirilib.

Hücumların birinci mərhələsində Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsindəki Amerika şirkətlərinə məxsus "Sadara", "ExxonMobil", "Dow Chemical" və "Chevron Phillips"in böyük neft-kimya kompleksləri orta mənzilli raketlər və intiharçı dronlarla hədəfə alınıb.

SEPAH həmçinin BƏƏ-dəki Xorfakkan limanı vasitəsilə İsrailə hərbi avadanlıq daşıyan konteyner gəmisini raket hücumları ilə vurduğunu bildirib. Hind okeanındakı ABŞ-nin CVN-72 təyyarədaşıyan gəmisinə də uzun mənzilli kruiz raketləri ilə zərbə endirilib.

Bəyanatda vurğulanıb ki, İran mülki obyektlərə hücum etmir, lakin mülki obyektlərə edilən hücumlara cavab verməkdən çəkinməyəcək. SEPAH xəbərdarlıq edib ki, ABŞ və müttəfiqlərinə qarşı cavab tədbirləri onların regiondakı neft və qaz resurslarına uzun müddət çıxışını məhdudlaşdıracaq.

SEPAH qeyd edib ki, indiyə qədər qonşu ölkələrə qarşı xoşməramlı münasibət və cavab hədəflərinin seçilməsindəki təmkin artıq aradan qaldırılıb və bundan sonra məhdudiyyət olmayacaq.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr