Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxt yollarında genişmiqyaslı təmir işlərinin icrası davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə mart ayı ərzində ümumilikdə paytaxt ərazisində 87 min 849,7 kvadratmetr sahədə təmir işləri icra edilib. Bu isə fevral ayı (9124,9 kvadratmetr) ilə müqayisədə 8 dəfə çoxdur
Təkcə bayram günlərində, yəni 23-30 mart tarixləri arasında gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti sayəsində paytaxtda nəqliyyat sıxlığının azalmasından istifadə olunmaqla 78 min 762 kvadratmetr sahədə təmir işləri aparılıb.
Qalan 9087,7 kvadratmetr sahəni əhatə edən təmir işləri isə nəqliyyatın hərəkətinə maneə yaradılmadan əsasən gecə saatlarında icra edilib.