AZ

Qonşuda kritik görüş: Regional əməkdaşlıqda Azərbaycanın rolu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidentinin Gürcüstana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularındandır. Tərəflər regional sabitlik və birgə layihələrin inkişafı istiqamətində fikir mübadiləsi aparacaqlar. Bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.O deyib ki, Gürcüstanın təhlükəsizliyə ehtiyacı var:“Bu, Azərbaycanla əməkdaşlıq çərçivəsində mümkündür və görüşdə, məncə, regional əməkdaşlıq ön plana çıxdı. Bu da onun nəticəsi idi. O cümlədən, beynəlxalq kommunikasiyalarla bağlı problemlər qalmaqdadır. İndiki vəziyyətdə Gürcüstan ərazisindən keçən dəmir yolu və digər logistika xətləri, eləcə də neft-qaz infrastrukturu Rusiya-Ukrayna müharibəsinə görə mühüm alternativ rol oynayır. Bu baxımdan, bu kimi ciddi məsələlər ön plana çıxıb və müzakirə mövzusuna çevrilib. Gürcüstanda artıq yaxşı başa düşürlər ki, onların ehtiyac duyduğu ölkə Azərbaycandır".Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr