AZ

Körpəsinin meyiti ilə canlı açan ataya dövlət hər ay bu qədər pul ödəyirmiş

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sumqayıtda baş verən faciəli hadisə ilə gündəmə gələn Cəbrayılovlar ailəsinin dövlətdən aldığı sosial dəstəyin məbləği məlum olub. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində altı uşağın dəm qazından zəhərlənməsi və iki yaşlı körpənin vəfatından sonra ailənin maddi vəziyyəti ətrafında müxtəlif iddialar yayılmışdı. Kamil Cəbrayılovun övladının nəşini göstərərək sosial şəbəkələrdə yardım istəməsi cəmiyyətdə birmənalı qarşılanmasa da, ailənin rəsmi gəlirləri ilə bağlı suallar yaranmışdı.Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan sorğuya cavab olaraq ailəyə ayrılan vəsaitin miqdarı açıqlanıb. Qurumdan verilən məlumatda qeyd olunur ki, hazırda ailə hər uşağa görə 140 manat məbləğində ödəniş əldə edir."Cəbrayılova Afət Sərdar qızına ( xanımı - red. ) Dövlət Sosial Müdafiə Fondu tərəfindən 08.04.2022-ci il tarixindən beşdən çox uşağı olan qadınlara görə müavinət təyin edilib".Doqquz uşağı olan bu ailənin aldığı ümumi aylıq müavinətin 1260 manat civarında olduğu bildirilir. Bu rəqəm ailənin maddi imkansızlıq səbəbindən dəfn xərclərini qarşılaya bilməməsi barədə yayılan iddiaları yenidən müzakirə obyektinə çevirib. Hazırda hadisənin təfərrüatları və ailənin sosial vəziyyəti ictimaiyyətin diqqət mərkəzində qalmağa davam edir.(globalinfo)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr