Müharibələrin regional və geosiyasi reallıqları dəyişdiyi və yenidən formalaşdırdığı bir gerçəklikdir. Müharibələrin başlaması xüsusi məqsədlər güddüyündən sülh dövründə mümkün olmayan, istək və tələblər müharibə yolu ilə həyata keçirilir və dünya ictimaiyyətinə qəbul etdirilir.
ABŞ-İran müharibəsini beynəlxalq hüquq baxımından nə qədər də qanunsuz qəbul edilsə də, onun nəticələrindən doğacaq reallıqları hamı qəbul edəcək. İran hansı şəkildə mövcudluğunu sürdürə biləcəksə, dünya buna uyğun hərəkət edəcək. Müharibə ziddiyyətli məsələləri çözmək üçün bir vasitədir. Güc amilinin tərənnümüdür. Gücün beynəlxalq statusu deməkdir.
Son yüz ilin İranı həm ikinci dünya müharibəsi, həm də İran-İrak müharibəsi dövründə dəfələrlə işğala məruz qalıb. İran-İrak müharibəsinin son dövründə də Səddamın sülh çağırışlarına yanaşmayıb müharibənin davam etməsini istəyən İran hakimiyyəti, eynilə indiki kimi, Səddamın ciddi hücumlarından sonra danışıqlara razı olur. İran danışıqlar başlayanda özünün şərtlərini irəli sürür, yenə indiki kimi, Səddam bu dəfə İran ərazilərini ələ keçirəndən sonra tam atəşkəs olur. Sonra hamı öz əvvəlki mövqelərinə çəkilirlər. İndi də belə olacaq, amma İranda hakimiyyət qalacaqsa.
Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi