AZ

DİM: Bugünkü imtahanda 1000 dən çox taksi sürücüsü uğur qazanıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün 1516 namizəd qeydiyyatdan keçib. Onlardan 1436 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1014 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

Apellyasiya Komissiyası aprelin 8-9-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

10Mənbələr