AZ

Rusiyada böyük yoxlamalar BAŞLAYIR

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyada bank vasitəsilə həyata keçirilən pul köçürmələrinə dair vergi nəzarəti genişləndirilir. 

Yeni qaydaya əsasən, illik 2 milyon 400 min rublu (təxminən 29 min 630 dollar) keçən və bəyan edilməmiş gəlirlər avtomatik olaraq vergi orqanlarının araşdırmasına daxil ola biləcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu addım 2027-ci ildən etibarən Mərkəzi Bank ilə Federal Vergi Xidməti arasında məlumat mübadiləsinin artırılması çərçivəsində planlaşdırılır. Yeni sistemdə mövcud seçmə nəzarət modeli əvəzinə risk göstəricilərinə əsaslanan avtomatik nəzarət mexanizmi tətbiq olunacaq. 

Vergi orqanları pul daxilolmalarının müntəzəmliyi, davamlılığı, əməliyyat aparılan şəxslərin sayı və köçürmə məbləğləri kimi meyarlara diqqət yetirəcək. Məqsəd qeydiyyatdan keçməmiş sahibkarlıq fəaliyyətlərini aşkar etməkdir. 

Rəsmilər tənzimləmənin sıravi vətəndaşları hədəf almadığını vurğulayırlar. Ailədaxili pul köçürmələri və ya kommersiya fəaliyyəti ilə əlaqəsi olmayan ödənişlər nəzarət dairəsinə daxil edilməyəcək. Maliyyə Nazirliyinin məlumatına görə, işləyən əhalinin yalnız 3 faizi bu gəlir həddini keçir. 

Yeni qaydalar Dövlət Dumasına təqdim edilən qanun paketində yer alır. Buna görə, Mərkəzi Bank sahibkar kimi qeydiyyatdan keçməyən, lakin hesab hərəkətləri kommersiya fəaliyyəti təəssüratı yaradan şəxslər barədə məlumatları vergi orqanları ilə bölüşəcək. 

Zərurət yarandığı təqdirdə vergi idarəsi banklardan hesab çıxarışı tələb edə biləcək. Ekspertlərin fikrincə, bu addım "kölgə iqtisadiyyatı”nın daralmasına töhfə verə bilər. 

Lakin nəzarətin sərtləşməsi bəzi vətəndaşları nağd pul və ya kriptovalyuta istifadəsinə yönəldə bilər. Bunun qarşılığında bir çox şəxsin qanuni status qazanaraq özünüməşğul şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməsi gözlənilir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr