AZ

İranda “körpü qətliamı”: Beynəlxalq hüquq onların məhvinə icazə verirmi?

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrandakı mühüm nəqliyyat infrastrukturuna qarşı həyata keçirdiyi hava hücumlarını təsdiqləyib. Baş nazir qeyd edib ki, İran ərazisində strateji əhəmiyyətli 8 körpü vurulub. Məlumata görə, bu zərbələr “SEPAH-ın regiondakı hərbi hərəkətliliyini məhdudlaşdırmaq və təchizat zəncirini qırmaq məqsədi daşıyıb”.

Maraqlıdır, bəs beynəlxalq hüquq və konvensiyalar mülki infrastruktur olan körpülərin məhvinə icazə verirmi?

Moderator.az xəbər verir ki, 1949-cu ilin Cenevrə Konvensiyası mülki obyektlərin dağıdılmasını qadağan edir. Körpülər yalnız o zaman hədəfə çevrilə bilər ki, ondan hərbi logistika, habelə, ordunun hərəkəti üçün istifadə edilsin. Yəni əsas məsələ körpülərin kateqoriyası deyil, funksional istifadəsidir.

Beynəlxalq hüquq məhz hərbi məqsədlərlə istifadəsi təsdiq edilən, dəqiq isbatlanan körpülərin hədəfə çevrilməsinə icazə verir. İsrailin İranda sıradan çıxardığı körpülərin hərbi məqsədlərlə istifadə edilib-edilmədiyi isə beynəlxalq ictimaiyyət üçün dəqiq məlum deyil.

Seymur ƏLİYEV

 

Seçilən
35
1
moderator.az

2Mənbələr