AZ

Avropa enerji şokunda: Vensdən sərt xəbərdarlıq – “çöküş qaçılmaz ola bilər” 

Avropa iqtisadiyyatı artan enerji qiymətlərinin təzyiqi altında ciddi risklə üz-üzədir.

Musavat.com xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J. D. Vens Macarıstanın baş naziri Viktor Orbán ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada kəskin xəbərdarlıq edib.

Vens bildirib ki, enerji qiymətlərindəki sürətli artım davam edərsə, Avropa ölkələri iqtisadi çöküş təhlükəsi ilə qarşılaşa bilər. Onun sözlərinə görə, mövcud vəziyyət Avropa iqtisadiyyatını “uçurumun kənarına” gətirib.

ABŞ rəsmisi çıxışında alternativlərin açıq olduğunu vurğulayıb: ya enerji böhranının daha da dərinləşməsinə imkan verərək iqtisadi tənəzzülə doğru getmək, ya da Ukrayna məsələsi üzrə danışıqlar masasına qayıdaraq real və səmərəli həll yolu axtarmaq.

Vens həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp də bu prosesdə fəal rol oynayır və münaqişənin qlobal ticarətə, eləcə də iqtisadi əlaqələrə mənfi təsirlərini yaxşı anlayır.

Onun sözlərinə görə, enerji bazarındakı qeyri-sabitlik yalnız Avropa ilə məhdudlaşmır, eyni zamanda dünya iqtisadi sisteminə də ciddi təzyiq göstərir.

Musavat.com

Seçilən
25
1
musavat.com

2Mənbələr