AZ

Minsk və Gəncə zavodları arasında yeni saziş ölkələrimizin iqtisadiyyatının inkişafına əlavə töhfə verəcək — Xanlar Fətiyev (FOTO)

Minsk. Trend

Minsk və Gəncə zavodları arasında imzalanan yeni sazişAzərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin inkişafınatöhfə verəcək.

Bunu Trend-əGəncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, GəncəAvtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri XanlarFətiyev Xanlar Fətiyev Gəncə Avtomobil Zavodunda Minsk AvtomobilZavodunun şassisi əsasında yeni kommunal texnika partiyasının (100ədəd) yığılması haqqında sazişin imzalanma mərasimində deyib.

Bu saziş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanadövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident AleksandrLukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsindəimzalanıb.

"Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasındaəməkdaşlıq 2006-cı ildə Azərbaycan Prezidenti İlham ƏliyevinBelarusa səfərindən sonra başlayıb. Həmin vaxt belaruslutərəfdaşlarla əməkdaşlığa başlamaq tapşırığı verilib. Bu günə qədərtəxminən 15 min traktor, 4 minə yaxın MAZ markalı avtomobilistehsal olunub və əməkdaşlıq davam edir. Martın 2-dəəməkdaşlığımız çərçivəsində istehsal olunan ilk kommunal maşınpartiyası Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Dövlətbaşçısının verdiyi yüksək qiymət səmərəli əməkdaşlığıngenişləndirilməsinə stimul olub. Dövlət başçılarımızın Şuşada əldəetdiyi razılaşma çərçivəsində kommunal texnikanın birgə yığılmasıilə bağlı biz hazırda Minskdəyik və müvafiq sazişi imzalayırıq.İstehsal etdiyimiz texnika müasir keyfiyyət standartlarına və bazartələblərinə cavab verir və Azərbaycanın bütün şəhərlərində istifadəolunur", — deyə Xanlar Fətiyev qeyd edib.

Sənəd «MAZ» ASC-nin baş direktoru Valeri İvankoviç ilə birlikdəimzalanıb.

Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsindəistehsal olunan kommunal texnika Gəncədə hazırlanaraq yığılmışmüasir avadanlıqla təchiz olunur. Bu texnika respublika üzrə şəhərinfrastrukturunun xidmətində istifadə üçün nəzərdə tutulub. Layihəölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.

Minsk
Minsk
Minsk
Minsk
Minsk
Minsk
Minsk
Məqalədə:
Seçilən
40
2
az.trend.az

10Mənbələr