ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Macarıstanda səfərdə olan ABŞ-nin vitse-prezidenti C.D.Vens İrandakı əməliyyatın tezliklə başa çatdırılacağını vəd edib.
"Amerika Birləşmiş Ştatları əsas hərbi məqsədlərinə nail olub. Hələ də etmək istədiyimiz bəzi şeylər var, məsələn, İranın silah istehsalı. Lakin ABŞ-nin hərbi məqsədlərinə ümumilikdə nail olunub. Trampın dediyi kimi, bu o deməkdir ki, müharibə çox tezliklə başa çatacaq", - deyə o, bildirib.
Macarıstana Viktor Orbanın seçki kampaniyasını dəstəkləmək üçün iki günlüyə gələn(seçki aprelin 12-dədir-red.) Vens Ukraynanı ABŞ və Macarıstandakı seçkilərə təsir göstərməyə cəhd etməkdə günahlandarıb.
O, Budapeştdə keçirilən mətbuat konfransında deyib ki, "Biz Ukrayna kəşfiyyat xidmətlərinin daxilində Amerika və Macarıstanda seçkilərin nəticələrinə təsir göstərməyə çalışan elementlərin olduğunu əlbəttə ki, bilirik. Bu, sadəcə onların üslubudur".
O iddia edib ki, Ukrayna ABŞ-dəki 2024-cü il seçkilərinə də müdaxilə etməyə cəhd edib: "Bilirsiniz, məsələn, Ukrayna sistemində Donald Trampın 2024-cü ilin noyabrında çox inandırıcı qələbə qazandığı prezident seçkilərindən bir neçə həftə əvvəl Demokratlarla birlikdə kampaniya aparan insanlar var idi. Buna görə də mən bundan xəbərdaram. Amma, düşünmürəm ki, Viktor(Orban) belə şeylərin ona təsir etməsinə icazə verir. Mən də belə şeylərin mənə təsir etməsinə icazə vermirəm".
O əlavə edib ki, Ukraynadakı müharibənin tez bir zamanda sona çatması ABŞ, Avropa və Ukraynanın maraqlarına uyğundur. Bunun üçün "təhdidlər və ya sərt danışıqlar deyil, diplomatiya tələb olunur və ABŞ nizamlanma istiqamətində işləməyə davam edəcək".
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.