AZ

"Real" "Qalatasaray"ın həmləsini boşa çıxardı

“Real Madrid” Antonio Rüdigerlə yeni müqavilə imzalamaqda maraqlıdır. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu klubda saxlayacaq. “Real”ın futbolçu ilə 1 illik yeni müqavilə imzalaya biləcəyi irəli sürülür. Qeyd edək ki, 2022-ci ildən “Real”da çıxış edən Antonio Rüdigerin mövsümün sonunda klubu tərk edə biləcəyi barədə iddialar dərc edilmişdi.

Avropanın bir sıra klublarının, o cümlədən “Qalatasaray”ın futbolçunun xidmətində maraqlı olduğu iddia edilmişdi.

Seçilən
21
metbuat.az

1Mənbələr