Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İnşaat sektorunda çalışan işçilərin xəsarət alması və ya həyatını itirməsi hallarına tez-tez rast gəlinir. Belə vəziyyətlərdə ən çox müzakirə olunan məsələlərdən biri də sağlamlığa dəyən zərərə görə kompensasiyanın ödənilməsidir. Təcrübə göstərir ki, bir çox hallarda zərərçəkmiş şəxslər və ya onların ailə üzvləri kompensasiya almaqda çətinlik çəkirlər.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, usta işləyərkən baş verən hadisələrdə səbəblər araşdırılır:“Yəni usta adi vətəndaşın evində işləyirsə, öz hərəkətlərinə görə özü də məsuliyyət daşıyır. Əgər sübut olunsa ki, hadisədə ev sahibinin günahı var, bu artıq başqa məsələdir. Məsələn, belə bir halı götürək ki, evimizə usta çağırmışıq, gəlib müəyyən iş görür, nərdivana çıxır. Nərdivan da normal vəziyyətdədir. Birdən ayağı sürüşür və ya burxulur, yıxılır və həyatını itirir. Bu halda ev sahibi məsuliyyət daşımır. Çünki ev sahibi üzərinə düşən əlavə bir tədbir görməli deyildi”.Lakin hadisənin baş verməsində ev sahibinin təqdim etdiyi nasaz avadanlıqlar və ya yararsız iş şəraiti rol oynayarsa, məsələ fərqli müstəvidə qiymətləndirilə bilər. Bu səbəbdən həm iş görən şəxslərin, həm də işəgötürənlərin qarşılıqlı təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.