AZ

İranın tamamilə məhv edilməsinə yönələn hərəkətləri bəyənmirik -Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın tamamilə məhv edilməsinə yönələn hərəkətləri bəyənmədiyini, lakin eyni zamanda bu ölkənin region dövlətlərinə münasibətdə tutduğu cavab mövqeyini də dəstəkləmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, Türkiyə lideri bu fikirləri İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığı zamanı səsləndirib.

Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan Türkiyənin İranın tam süqutuna hədəflənmiş addımları təqdir etmədiyini, bununla yanaşı, İranın regiondakı qardaş ölkələrə qarşı mövqeyini də yanlış hesab etdiyini vurğulayıb. O, vicdanı olan hər bir kəsin sülhə can atmalı və diqqətini diplomatiyaya cəmləməli olduğunu qeyd edib.

Ərdoğan həmçinin bəyan edib ki, İsrailin Qəzza və digər ərazilərdə hüquq normalarına məhəl qoymamasının qarşısı alınmasa, regionda sülhə olan ehtiyac aktuallığını qoruyub saxlayacaq.

Xədicə BAXIŞLI

Seçilən
44
1
redaktor.az

2Mənbələr