AZ

Yaşadığı ev çökdü, dağıntılar altında qaldıVİDEO

Sabunçuda ev uçdu, bir nəfər dağıntılar altında qaldı. Rayonun Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində yerləşən fərdi yaşayış evində çökmə baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Əməliyyat zamanı, 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq uçan divarın altında qaldığı müəyyən edilib. Dağıntılar altında qalan vətəndaş xilas edərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Sabunçu Tibb Mərkəzindən bildirilib ki, bu gecə saat 03:20 radələrində 31 yaşlı şəxs Mərkəzə gətirilib. Döş qəfəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən qadın ambulator müalicə üçün evə buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
30
xezerxeber.az

1Mənbələr