AZ

Kəmaləddin Qədim: “Görülən tədbirlər nəticəsində “Sədərək” Ticarət Mərkəzi ərazisinə ciddi ziyan dəyməyib”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkədə vətəndaş video çəkərək paylaşaraq bildirib ki, Abşeron bazarı yağış suyunun altında qalıb. O, qeyd edib ki, vəziyyətin qarşısını sadəcə bazar tədbirləri ilə almaq mümkün deyil. Gecə saat 4-dən başlayaraq, ən böyük rəhbərlikdən aşağıya qədər bütün məsul şəxslər ərazidədir, əllərindən gələn tədbirləri görür və yatmayıblar.Su basmalarının qarşısını almaq üçün hansı uzunmüddətli planlar mövcuddur?Mərkəzdə ticarətçilərin və ziyarətçilərin təhlükəsizliyi üçün hansı operativ tədbirlər görülüb?

“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qabaqlayıcı tədbirlər görülüb, bütün qüvvələr əvvəlcədən səfərbər olunub: “Bu ərazi, eyni zamanda “Meyvəli” istiqamətinə yaxın ərazidir və həmin tərəfdən keçmək mümkün deyildi. O sahə bizim xidmət ərazimizə aid deyil. Bununla belə, öz ərazimizdə kifayət qədər tədbirlər görülüb.

Əvvəlki yağıntılardan sonra kiçik diametrli borular daha iri diametrli xətlərlə əvəz olunub. Eyni zamanda iri həcmli nasoslar vasitəsilə suyun kənarlaşdırılması təmin edilib. Bu nasoslar saat ərzində tonla suyu ərazidən uzaqlaşdırmaq gücünə malikdir”.

“Görülən tədbirlər nəticəsində “Sədərək” Ticarət Mərkəzi ərazisinə ciddi ziyan dəyməyib. Baxmayaraq ki, normadan artıq yağıntılar müşahidə olunub və ölkənin bir sıra bölgələrində fəsadlar yaranıb, burada zərər minimum səviyyədə olub. Son iki yağıntı zamanı əraziyə yanğınsöndürən texnikalar cəlb olunub, əlavə iri həcmli nasoslardan istifadə edilib və suyun kənarlaşdırılması təmin olunub.

Hazırda araşdırmalar davam etdirilir. Dəymiş zərərlər olduğu halda, “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi hər zaman sahibkarlara dəstək göstərib və bu dəfə də lazımi kömək ediləcək. Hər belə hadisədən sonra nəticə çıxarılır və yenidənqurma işləri aparılır. Bu tədbirlər də öz müsbət nəticəsini verir.

Ərazidə “Elite” adlanan hissə, eləcə də 1-ci və 2-ci zonalar mövcuddur. Bu zonaların böyük əksəriyyətində hər hansı ciddi zərər qeydə alınmayıb. Bu dəfə də qabaqlayıcı tədbirlər görülüb, bütün qüvvələr əvvəlcədən səfərbər olunub. Gecədən etibarən operativ işlər aparılıb və mümkün qədər zərərin minimuma endirilməsinə çalışılıb” , – deyə Kəmaləddin Qədim vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr