AZ

Taker Karlson ABŞ rəsmilərinə Trampa tabe olmamağı tövsiyə edib

Amerikalı jurnalist mümkün təhlükələr fonunda “yox” deməyə çağıraraq ciddi xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, məşhur amerikalı jurnalist Taker Karlson ABŞ-də siyasi və hərbi dairələrə müraciət edərək prezident Donald Trampın mümkün qərarlarına qarşı çıxmağa çağırıb. O, mövcud vəziyyəti son dərəcə kritik qiymətləndirərək bildirib ki, baş verən proseslər nəzarətdən çıxarsa, nəticələri ağır və geri dönməz ola bilər.

Karlson vurğulayıb ki, əgər bu proseslər dərhal dayandırılmasa, ABŞ və dünya üçün təsəvvür edilməsi belə çətin olan ssenarilər reallaşa bilər. Onun sözlərinə görə, xüsusilə Ağ Evdə və ABŞ Silahlı Qüvvələrində çalışan şəxslər bu mərhələdə prinsipial mövqe sərgiləməli və lazım gəldikdə əmrləri yerinə yetirməkdən imtina etməlidirlər.

Jurnalist açıq şəkildə bildirib ki, belə hallarda dövlət qulluqçuları Prezidentə birbaşa “yox” deməli və qanuni çərçivədə bu proseslərin qarşısını almaq üçün bütün imkanlardan istifadə etməlidirlər. O qeyd edib ki, bu çağırış emosional yanaşma deyil, mövcud vəziyyətin real qiymətləndirilməsidir.

Karlson əlavə edib ki, tarixdə müəyyən dönüş nöqtələri olur və həmin məqamlar keçildikdən sonra heç nə əvvəlki kimi olmur. Onun fikrincə, hazırkı vəziyyət məhz belə kritik mərhələlərdən biri kimi qiymətləndirilməlidir.

Ekspertlər isə bildirirlər ki, bu cür açıqlamalar ABŞ daxilində siyasi müzakirələrin daha da kəskinləşdiyini göstərir və ölkə daxilində qərarların legitimliyi, hüquqi çərçivəsi və icrası ilə bağlı debatları dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr