AZ

Bakının mərkəzində sürücülərə çətin vəziyyət yaradan kəsişməVİDEO

Eyni dərəcəli yolların kəsişməsində hərəkət demək olar ki, günün bütün saatlarında belə olur.

Xezerxeber.az xəbər verir ki, bura paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsidir.

Sürücülərin sözlərinə görə, Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edənlər Təbriz küçəsindəki axını gözləmək məcburiyyətində qalır. Nəticədə hər iki istiqamətdə süni tıxac yaranır, hərəkət isə xaotik hal alır.

Sürücülər düşünürlər ki, kəsişmənin işıqforla tənzimlənməsi problemi aradan qaldıra bilər. Hazırki vəziyyətdə işıqforun olmaması nəqliyyat axınını tənzimləməyi çətinləşdirir.

Onlar hesab edir ki, işıqfor quraşdırılsa, həm süni sıxlıq azalar, həm də ərazidə hərəkət daha təhlükəsiz olar.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də açıqlama verib. Qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki,  qeyd olunan kəsişmədə həm müşahidə kameralarının imkanlarından istifadə etməklə, həm də əməkdaşlarımız tərəfindən yerində baxış keçirilməklə təhlillər aparılır. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
28
xezerxeber.az

1Mənbələr