ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
İnstaqram platforması “Reels” videolarına tərəfdaş (affiliate) linklərinin əlavə edilməsi funksiyasını təqdim etdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə platformanın “Creators” rəsmi hesabında məlumat verilib.
Yeniliyin yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağı bildirilir. Yeni funksiya sayəsində kontent yaradıcısı videolarda məhsulları işarələyərək onlara keçid (link) əlavə edə biləcək. İzləyicilər həmin linklər vasitəsilə alış etdikdə, müəlliflər satışdan komissiya qazanacaqlar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.