AZ

Rusiya qüvvələri Donetsk istiqamətində irəliləyib – DeepState

Rusiya Silahlı Qüvvələri Donetsk vilayəti ərazisində müəyyən irəliləyiş əldə edib. Bu barədə məlumat DeepState analitik layihəsinin yaydığı son hesabatda əks olunub.

Editor.az xəbər verir ki, bildirilir ki, Rusiya bölmələri Pokrovsk şəhər icması istiqamətində yerləşən iki yaşayış məntəqəsi ətrafında mövqelərini irəli çəkə bilib. Məlumata görə, əldə olunan irəliləyişlər lokal xarakter daşıyır.

Analitiklər qeyd edir ki, sözügedən istiqamətdə döyüşlər davam edir və vəziyyət gərgin olaraq qalmaqdadır.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr