AZ

Basketbol Liqasının pley-offunun bütün cütləri bəlli oldu

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Publika.az xəbər verir ki, “pley-in” mərhələsində “Sumqayıt” öz meydanında NTD ilə qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüşdə qonaqlar 95:88 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, ilk oyunda da NTD üstün olmuşdu – 121:107. Bu iki qələbə sayəsində komanda növbəti mərhələyə adlayıb.

Bundan əvvəl “Naxçıvan”, “Şəki” və “Gəncə” komandaları da pley-offa yüksəlmişdilər.

Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaq:

Seçilən
20
3
publika.az

4Mənbələr