AZ

Hörmüz boğazı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyib

Hörmüz boğazı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyib

Mediada yer alan xəbərlərə görə, Bəhreyn-BƏƏ birgə Hörmüz boğazı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyib. Təhlükəsizlik Şurasının on bir üzvü qətnamənin lehinə, Rusiya və Çin isə əleyhinə səs verib. Pakistan və Kolumbiya isə bitərəf qalıb.
Qətnaməyə əsasən, Bəhreyn və BƏƏ Hörmüz boğazının açılmasında maraqlı olan ölkələri “təhlükəsiz naviqasiyanı və boğazın açıqlığını təmin etmək üçün müdafiə səylərini əlaqələndirməyə” çağırıblar. Qətnamə Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil dəstəyinin olmaması səbəbindən qəbul edilməyib. Bu sənəddə İrandan boğazda gəmiçiliyə bütün müdaxilələri və beynəlxalq dəniz hüququna əsaslanan hər hansı maneələri dərhal dayandırması tələb olunub

Seçilən
17
editor.az

1Mənbələr