AZ

TƏCİLİ! Tramp AÇIQLADI: “Bu gecə bir sivilizasiya yox olacaq!” – Atomla VURACAQ?

ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında dünya tarixinin ən mühüm anlarından birinə şahidlik etdiyimizi bildirən silsilə bəyanatlar yayıb. Trampın sözlərinə görə, bu gecə İranla bağlı proseslər ya böyük bir fəlakətlə, ya da tarixi bir dəyişikliklə nəticələnəcək.

NOCOMMENT.az xəbər verir ki, Tramp paylaşımında “Bu gecə bütöv bir sivilizasiya məhv ola bilər və onu bir daha geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, lakin ehtimal ki, belə də olacaq” deyərək xəbərdarlıq edib. Bununla belə, o, İranda “rejim dəyişikliyi” baş verdiyinə dair iddialarını yenidən gündəmə gətirərək, daha ağıllı və az radikal qüvvələrin hakimiyyətə gəlməsi ilə “inqilabi səviyyədə möhtəşəm bir şey”in baş verə biləcəyinə ümidini ifadə edib. “47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!” – deyə ABŞ lideri vurğulayıb.

Sara,
NOCOMMENT.az

Seçilən
22
nocomment.az

1Mənbələr