AZ

Ərdoğan: İranın məhv edilməsinə yönələn hərəkətləri bəyənmirik

Ərdoğan: İranın məhv edilməsinə yönələn hərəkətləri bəyənmirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın tamamilə məhv edilməsinə yönələn hərəkətləri bəyənmədiyini, lakin onun region ölkələrinə qarşı cavab mövqeyini də dəstəkləmədiyini bəyan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, bunu İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığı zamanı deyib.

"Prezident Ərdoğan bildirib ki, Türkiyə İranın tamamilə məhv edilməsinə yönəlmiş hərəkətləri bəyənmir və İranın regionun qardaş ölkələrinə münasibətdə mövqeyini də yanlış hesab edir. Vicdanı olan hər bir kəs sülhə can atmalı və diplomatiyaya diqqət yetirməlidir", — deyə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

Ərdoğan həmçinin bildirib ki, əgər İsrailin Qəzza və digər yerlərə münasibətdə qanunlara məhəl qoymamasının qarşısı alınmasa, regionun sülhə ehtiyacı qalmaqda davam edəcek.

Seçilən
15
afn.az

1Mənbələr