AZ

Dünya Bankının rəhbəri: İrana qarşı əməliyyat qlobal iqtisadi artımı ləngidəcək

Dünya Bankının rəhbəri: İrana qarşı əməliyyat qlobal iqtisadi artımı ləngidəcək

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı qlobal iqtisadi artımın ləngiməsinə və inflyasiyanın sürətlənməsinə səbəb olacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) prezidenti Acay Banqa Vaşinqtondakı Atlantik Şurasında çıxışı zamanı bildirib.

Qlobal iqtisadiyyat üçün fəsadlardan danışan Banqa inflyasiya göstəricilərində müəyyən artım və artım templərində müəyyən azalma olacağını qeyd edib.

"Əgər desək ki, son münaqişəyə qədər qlobal ÜDM-in artımı 2,8-3,0% təşkil edəcəkdi, onda ehtimal ki, baza senarisinə görə bu göstərici 0,3-0,4 faiz bəndi azalacaq. Böhranın daha uzun çəkdiyi daha mürəkkəb ssenaridə isə azalma 1 faiz bəndi və daha çox ola bilər", — deyə o izah edib.

Regiondakı münaqişəyə toxunan Banqa qeyd edib ki, bu proses Asiyada, Afrikada yaşayanlara, neft, gübrə, kükürd və helium kimi malların idxalından asılı olanlara ciddi təsir edəcək. DB prezidenti əlavə edib ki, müəyyən mənada ən böyük təzyiq inkişaf etməkdə olan bazarların üzərinə düşür.

Banqa bildirib ki, bank bəzi ölkələrə maliyyə yardımı göstərə bilər. Prezidentin sözlərinə görə, həmin dövlətlər ilkin mərhələdə 20 milyard dollardan 25 milyard dollara qədər vəsait ala bilərlər. Növbəti altı ay ərzində bu vəsaitin həcmi 60-70 milyard dollara qədər artırıla bilər.

Seçilən
32
afn.az

1Mənbələr