AZ

Salyan RİH başçısı sakinlərlə görüşüb FOTOLAR

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

07 aprel 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Parça-Xələc kəndinin sakinləri ilə səyyar qəbulu keçirilib.Sakinlərlə keçirilən səyyar qəbulda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Səyyar qəbul zamanı Rüstəm Xəlilov Dövlət başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmasının vaciliyini vurğulayıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsini, əhalinin problemləri ilə maraqlanmasını regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olması barədə  kənd sakinlərinə ətraflı məlumat verib. Kənd sakinləri bundan öncəki qəbullarda qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər. Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
demokrat.az

3Mənbələr