AZ

"WhatsApp"dan zənglərlə bağlı

"WhatsApp" messenceri səsli və görüntülü zənglər üçün səs-küyün azaldılması funksiyasını təqdim edib.Metbuat.az xəbər verir ki, yeni xüsusiyyət hazırda Android əməliyyat sistemi üçün beta versiyada bəzi istifadəçilərin istifadəsinə verilib. Funksiya zəng zamanı arxa fon səslərini azaltmağa imkan verir və bu da istifadəçilərin səsini daha aydın ötürməsinə şərait yaradır. Məlumata görə, funksiya standart olaraq aktiv vəziyyətdə olur, lakin istifadəçilər istədikləri halda zəng zamanı onu söndürə bilərlər. Bununla yanaşı, funksiyanın tam işləməsi üçün hər iki tərəfdə aktiv olması tələb olunur.

Qeyd edək ki, yeniliyin bütün istifadəçilərə nə vaxt təqdim olunacağı hələlik açıqlanmayıb. Yeni funksiyanın mərhələli şəkildə istifadəyə veriləcəyi gözlənilir.

Seçilən
36
metbuat.az

1Mənbələr