AZ

Intel, İlon Maskın "Terafab AI" layihəsinə qoşuldu

Intel İlon Maskın "Terafab AI" çip layihəsinə qoşulduğunu açıqlayıb. Layihədə SpaceX və Tesla da iştirak edir. Məqsəd humanoid robotlar, süni intellekt sistemləri və məlumat mərkəzləri üçün güclü prosessorların istehsalıdır. Xəbərdən sonra Intel səhmləri 2 faizdən çox artıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu əməkdaşlıq İlon Maskın daha əvvəl açıqladığı böyük süni intellekt çip zavodu planlarının davamıdır. Intel bildirib ki, şirkətin texnoloji imkanları layihənin ildə 1 teravat hesablama gücü istehsal etmək məqsədinə çatmasına kömək edəcək.

İlon Mask ötən ay Texas ştatının Ostin şəhərində iki qabaqcıl çip fabriki tikiləcəyini açıqlamışdı. Zavodlardan biri avtomobillər və humanoid robotlar, digəri isə süni intellekt məlumat mərkəzləri üçün nəzərdə tutulub.

Fatimə Nəbiyeva

Seçilən
28
qht.az

1Mənbələr