Tanınmış rumıniyalı mütəxəssis Mirça Luçesku vəfat edib.
Fanat.Az xəbər verir ki, martın sonunda səhhətində problemlər yaranan 80 yaşlı çalışdırıcı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun son iş yeri bir neçə gün öncə yollarını ayırdığı Rumıniya millisi olub.
M.Luçesku Ukraynanın “Şaxtyor” komandası ilə UEFA Kubokunu qazanıb. O, həmçinin “Qalatasaray”la UEFA Superkubokunun qalibi olub.