AZ

TƏCİLİ! B-52 bombardmançıları İran sərhədinə daxil oldu

ABŞ-ın B-52 "Stratofortress" ağır bombardmançı təyyarələri Yaxın Şərqin şimal hava məkanına daxil olaraq İran sərhədlərinə ən yaxın strateji mövqelərə yerləşib.

Hərbi ekspertlərin fikrincə, bu nəhəng təyyarələrin İraq və Suriya üzərindəki hava məkanında görünməsi Vaşinqtonun bölgədəki hədəflərə, xüsusilə İranın dərinliklərinə sarsıdıcı zərbələr endirmək hazırlığının göstəricisidir.

Musavat.com xəbər verir ki, B-52-lərin bu ərazidə olması ABŞ-ın regiondakı bütün nöqtələri birbaşa atəş altında saxlamasına imkan verir. Bu manevr bölgədəki gərginliyin yeni və daha təhlükəli mərhələyə qədəm qoyduğunu sübut edir. Hazırda ABŞ-ın bu strateji bombardmançıları bölgədəki hərbi balansın tamamilə dəyişməsinə səbəb olan əsas qüvvə kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
15
22
musavat.com

10Mənbələr