AZ

ABŞ-ın "Qasrek" hərbi bazası hədəfə alındı

Suriyanın Həsəkə əyalətində yerləşən ABŞ-ın "Qasrek" hərbi bazası dron və raket hücumuna məruz qalıb.

İran mənbələrinin yaydığı məlumata görə, bölgədəki hərbi obyekt intensiv atəşə tutulub. Hücum zamanı bazada ciddi aktivlik müşahidə olunsa da, dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat daxil olmayıb.

Musavat.com xəbər verir ki, ABŞ qüvvələrinin son vaxtlar Suriyanın şimal-şərqindəki bəzi məntəqələri tərk etməsi fonunda baş verən bu hadisə regionda gərginliyi yenidən pik həddə çatdırıb.

Yerli kəşfiyyat qaynaqları hücumun arxasında İranpərəst qrupların dayandığını və bu cür zərbələrin ABŞ-ın bölgədəki hərbi varlığına qarşı təzyiq xarakteri daşıdığını bildirir.

Toğrul İsmayıl,
Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr