AZ

İtlərə bunu əsla etməyin! Dərhal hücuma keçirlər

İtlər insanlarla müqayisədə çox fərqli bir ünsiyyət dilinə malikdirlər. Bu səbəbdən bizim üçün normal sayılan bəzi davranışlar itlər tərəfindən təhdid və ya məhdudiyyət kimi qəbul edilə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər itlərə toxunmaq istəyərkən onların bizə hücum etməsinə səbəb olan həmin davranışı açıqlayıblar.

Bizim üçün sevgi göstəricisi olan bəzi hərəkətlər sadiq dostlarımızın xoşuna gəlməyə bilər. İtlərin ünsiyyət dili fərqli olduğu üçün onların xoşuna gələcəyini düşündüyümüz bəzi davranışlara sərt reaksiya verə bilərlər. Bu davranışlardan biri xüsusilə itlərin özlərini təhlükədə hiss etməsinə və aqressivləşməsinə yol açır.

Mütəxəssislər müəyyən ediblər ki, itlər bəzi sevgi nümayişlərinə mənfi reaksiya verirlər. Bu davranışların başında isə iti qucaqlamaq gəlir. İtlər qucaqlanmağı bir təhdid kimi qəbul edir və bu "təhlükəni" aradan qaldırmaq üçün hücuma keçirlər.

İti qucaqlamaq onun özünü sıxılmış və hərəkəti məhdudlaşdırılmış hiss etməsinə səbəb olur. Təhlükə hiss etdiyi anda qaçmaq instinkti daşıyan itlər, onları qucaqladığımız zaman qaçmağa yer tapmadıqları üçün bu aktı bir məhdudiyyət kimi görürlər. Bu isə onların yaranmış təhlükədən qorunmaq üçün dişləməsinə və ya hücum etməsinə zəmin yaradır.

Düşünmədən itinizə sarılmaq həm onun narahat olmasına, həm də siqnalları düzgün anlamadığınız təqdirdə sizin zərər görmənizə səbəb olar. Əgər qucaqladığınız zaman itiniz aşağıdakı hərəkətləri edirsə, bu, onun hər an hücum edə biləcəyinin göstəricisidir:

Dodaqlarını yalayırsa;

Gözlərinin ağını göstərirsə;

Əsnəməyə başlayırsa.

İti qucaqlamaq əvəzinə, onun sizə yaxınlaşmasına icazə verin. Qucaqlamaq yerinə itlərin qulaq arxasını və qarın nahiyəsini oxşaya bilərsiniz. İtlər bu cür toxunuşdan daha çox zövq alırlar.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
19
1
milli.az

2Mənbələr