AZ

Papa Trampa qarşı çıxdı

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Roma Papası XIV Leo Birləşmiş Ştatlar prezidenti Donald Trampın İranla bağlı təhdidlərini qəbuledilməz adlandırıb. Papa İran xalqına heç bir zərər verilməməsinə çağırıb.Newscenter.az TASS-a istinadən bildirir ki, Roma yaxınlığındakı yay iqamətgahından çıxarkən pontifik jurnalistlərə bildirib ki, İran xalqına qarşı təhdid edilib. Bu, tamamilə qəbuledilməzdir:"Bu, əlbəttə ki, beynəlxalq hüquq məsələsidir, lakin daha geniş məna kəsb edir. Bu, bütün millətin rifahı ilə bağlı mənəvi məsələdir"."Hər kəsi müharibənin eskalasiyasının qurbanı olacaq günahsız insanların, çoxlu sayda uşağın, yaşlı insanın, tamamilə günahsız insanların qəlbləri haqqında səmimi düşünməyə çağırmaq istərdim", - deyə o əlavə edib.Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, İran Hörmüz boğazında irimiqyaslı gəmiçiliyin bərpası üçün şərait yaratmasa, çərşənbə axşamı günü İslam Respublikası bir sivilizasiya kimi məhv ola bilər.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
newscenter.az

2Mənbələr