AZ

Azərbaycanda yağışlardan sonra bəzi evlərin qiyməti ucuzlaşdı : ərazilər məlum oldu

Bakı.Trend:

Mart ayının son günlərində Azərbaycanda müşahidə olunan intensivyağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub. Xüsusiləfərdi yaşayış evlərinin yerləşdiyi müxtəlif ərazilərdə həyətyanısahələrə su dolması, torpaq qatının bataqlıq vəziyyətinə düşməsi vədrenaj problemləri geniş şəkildə qeydə alınıb. Bəzi yaşayışmassivlərində isə suların hələ də tam çəkilməməsi mövcudproblemlərin davam etdiyini göstərir.

Yağıntıların təsiri yalnız fərdi evlərlə məhdudlaşmayıb. Birsıra çoxmənzilli yaşayış binalarının zirzəmiləri də su altındaqalıb ki, bu da həm infrastruktura, həm də sakinlərin gündəlikhəyatına mənfi təsir göstərib. Mövcud vəziyyət bir çox ərazilərdəmühəndis-kommunikasiya sistemlərinin yetərsizliyini də üzəçıxarıb.

Təbii hadisələr daşınmaz əmlak qiymətlərinə təsirsiz ötüşmür.Bəs intensiv yağan yağışdan sonra hansı ərazilərdə evlərinqiymətində ucuzlaşma hansında bahalaşma gözlənilir?

Məsələ ilə əlaqədar Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyevbildirib ki, mövsümi olaraq hər il martın sonundan avqust ayınınsonunadək torpaq sahələrinə və bağ evlərinə tələbat artır. Bunabaxmayaraq, 4 gün müşahidə olunan intensiv yağışlar və selhadisələri daşınmaz əmlak bazarına birbaşa və dolayı təsirlərgöstərməyə başlayıb.

“Xüsusilə fərdi yaşayış evlərinin yerləşdiyi bəzi ərazilərdə subasma halları qiymətlərə təsirsiz ötüşmür. Belə halların tez-teztəkrarlanması həmin zonalarda risk faktorunu artırır və nəticədəalıcıların marağını azaldır. Həmin mənzillərin təmiri bərbad halaqalıb və bu da yaxın bir neçə ayda o evlərdə nəmişlik qoxusununqalmasına səbəb olacaq. Eyni zamanda, su basmış evlərin bərpasıprosesi uzun və xərc tələb edən mərhələdir. Təmir işləri,sənədləşmə, sığorta məsələləri və bəzən kredit öhdəlikləri aylarladavam edə bilər. Bu da bazarda həmin tip daşınmaz əmlaklarındövriyyəsini azaldır və satış müddətini uzadır”.

Ekspertin fikrincə, subasma hadisələrinin baş verdiyi bütünərazilərdə daşınmaz əmlak qiymətləri azalacaq.

“Həyət evlərində baş verən bu cür proseslər bina evlərinətələbatı artıracaq. Yağış suları altında qalan evlərin əksəriyyətiçıxarışsız mənzillərdir. Həmin mənzillərin çıxarışsız qalmasınaəsas səbəb torpaq təyinatının yaşayış məntəqələrinə uyğunolmamasıdır. Həmin torpaqlar əkin-biçin üçün yararlı olduğuna görə,kommunal xətlər minimal saydadır. Təsərrüfat məntəqələrinə uyğunərazilərdə ev tikildiyi üçün bu kimi hadisələrin yaşanmasıgözləniləndir”.

Əmlak eksperti Ramil Qasımzadə Trend-ə açıqlamasında bildirib ki, intensivyağışlardan sonra bəzi küçə, məhəllə və təsərrüfat sahələrindəgölməçələrin yaranması halları müşahidə olunur.

“Bu hallar əsasən qrunt sularının səviyyəsinin yüksək olduğu vəkanalizasiya sisteminin mövcud olmadığı ərazilərdə daha çox qeydəalınır. Həmin ərazilərdə yerləşən fərdi yaşayış evlərinə tələbatisə nisbətən aşağıdır.Vətəndaşlar çox zaman o evləri məcburiyyətqarşısında alırlar, çünki binalardakı mənzillərə maddi imkanlarıçatmır”

Ekspert qeyd edib ki, kanalizasiya sistemi mövcud olanərazilərdə torpaq sahələrinin qiyməti digərlərinə nisbətənbahadır.

“Ölkədə dörd günlük intensiv yağışlardan sonra gölməçələrinyarandığı sahələr ən çox Sabunçu, Suraxanı, Abşeron rayonununqəsəbələrində müşahidə edildi.

O tipli fərdi yaşayış evlərinin əksəriyyəti qanunsuztikililərdir, yəni heç bir sənədi olmadan ya dövlət torpaqları, yada bələdiyyə torpaqlarının zəbti hesabına inşa olunanevlərdir”.

Ekspertin fikrincə, təbii hadisələr bina evlərinin qiymətiniartıran amillərdəndir.

“Vətəndaş təbii olaraq fikirləşirlər ki, kanalizasiya sistemiolmayan ərazidə yağış yağan zaman qurun suları qalxacaq. Həmçininbelə ərazilərdə evlərin alınması xeyli təhlükəlidir.

Bina evlərinə isə tələbat həmişə var. Məsələn, bazarda deyərdim,tutaq ki, 100 nəfər alıcı varsa, onun 80 faizi demək olar ki,binalarda mənzil axtaranlardır

Fərdi yaşayış evlərini isə vətəndaşlar ən çox bağ evi kimiistifadə etmək məqsədilə alırlar”.

Seçilən
25
1
az.trend.az

2Mənbələr