AZ

Tarixi gecə: Tramp dağıdıcı hücuma keçmədi, İran təslim oldu

Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub.

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı bəyanat yayıb. Bəyanatda deyilir:

"İran İslam Respublikası adından bölgədə müharibəni dayandırmaq üçün yorulmaz səylərinə görə qardaşım Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə təşəkkür və minnətdarlığımı bildirirəm.

Baş nazir Şərifin tvitindəki qardaşcasına müraciətinə cavab olaraq, həmçinin ABŞ-ın 15 maddəlik təklifi əsasında danışıqlar aparmaq istəyi və ABŞ Prezidentinin İranın 10 maddəlik təklifinin ümumi çərçivəsinin danışıqlar üçün əsas kimi qəbul edildiyini elan etməsini nəzərə alaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm.

Əgər İrana qarşı hücumlar dayandırılarsa, güclü Silahlı Qüvvələrimiz müdafiə əməliyyatlarını dayandıracaq.

İki həftə müddətində Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq".

ABŞ Prezidenti Donald Trump çərşənbə axşamı bildirib ki, İranın infrastrukturuna planlaşdırılan dağıdıcı hücumları iki həftə müddətinə dayandırmağa razılaşıb. Onun “Truth Social” platformasında yazdığına görə, b u addım “İran İslam Respublikasının Hörmüz boğazını TAM, DƏRHAL və TƏHLÜKƏSİZ şəkildə açmağa razı olması” şərti ilə atılıb.

Trump qeyd edib ki, qərar Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ilə aparılan danışıqlara əsaslanır. “Bu, iki tərəfli ATƏŞKƏS olacaq!” - deyə o bildirib.

Trampın açıqlaması belədir: “Pakistanın Baş naziri Şahbaz Şərif və Feldmarşal Asim Munirlə apardığım danışıqlara əsasən və onların bu gecə İrana vurulması nəzərdə tutulan dağıdıcı zərbəni dayandırmağımı xahiş etmələri fonunda, həmçinin İran İslam Respublikasının Hörmüz boğazını TAM, DƏRHAL və TƏHLÜKƏSİZ şəkildə açmağa razı olması şərti ilə, mən İranın bombalanmasını və ona qarşı hücumları iki həftə müddətinə dayandırmağa razıyam. Bu, ikitərəfli ATƏŞKƏS olacaq! Bunun səbəbi odur ki, biz artıq bütün hərbi hədəflərə nail olmuş, hətta onları artıqlaması ilə yerinə yetirmişik və İranla uzunmüddətli SÜLH, eləcə də Yaxın Şərqdə SÜLHlə bağlı yekun saziş üzrə çox irəli mərhələyə çatmışıq.

Seçilən
75
11
aznews.az

10Mənbələr