AZ

ABŞ və İran arasında atəşkəs razılaşması: İslamabadda yeni danışıqlar gözlənilir » AzadMedia.az


ABŞ-ın İrana qarşı genişmiqyaslı hücumu olmayacaq – ötən gecə tərəflər iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Donald Trump bildirib ki, bu qərarı Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ilə apardığı danışıqlardan sonra qəbul edib.
Şahbaz Şərifin sözlərinə görə, İran və ABŞ müttəfiqləri ilə birlikdə dərhal qüvvəyə minən atəşkəs barədə razılığa gəliblər və bu razılaşma Livanda və digər bölgələrdə də tətbiq olunacaq.
Donald Tramp isə atəşkəsdən sonra açıqlamasında danışıqların yekun nəticəsi ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib. O qeyd edib ki, qarşıdakı proses son dərəcə mürəkkəb olacaq və onun risk altına düşməsini istəmir.
ABŞ və İran nümayəndələri arasında danışıqların 10 aprel tarixində Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilir və onların birbaşa formatda keçiriləcəyi bildirilir.
Amerika tərəfdən danışıqlarda vitse-prezident J. D. Vance, prezidentin xüsusi nümayəndəsi Steve Witkoff və Trampın kürəkəni Jared Kushner iştirak edəcək.
Pakistan nümayəndələri danışıqlarda vasitəçi rolunu oynayacaqlar. Hazırda Macarıstanda olan Vensin səfər proqramına İslamabadın əlavə olunması mümkündür.
Trampın açıqlamasından dərhal sonra İran ABŞ üzərində qələbə qazandığını bəyan edib. İranın Ali Milli Təhlükəsizlik Şurası isə xəbərdarlıq edib ki, ABŞ atəşkəs dövründə “ən kiçik səhvə” yol versə, buna sərt cavab veriləcək.
Şurada bildirilib ki, danışıqlar döyüş meydanında baş verən hadisələrin davamıdır və ölkə daxilində birlik qorunmalıdır. Həmçinin qeyd olunub ki, İran xalqının tələblərini təmin edəcək siyasi nəticələr əldə olunmalıdır.
Münaqişə zamanı İrana dəyən zərərin xüsusi investisiya fondu hesabına ödənilməsi planlaşdırılır. Bundan əlavə, Hörmüz boğazından keçən gəmilərdən alınacaq rüsumların bir hissəsi bərpa işlərinə yönəldiləcək və bu rüsumların yığılması hüququ İranla yanaşı Omana da veriləcək.
Seçilən
27
1
azadmedia.az

2Mənbələr