AZ

“OpenAI”də daxili gərginlik süni intellekt bazarının gələcəyinə dair suallar yaradır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 aprel, AZƏRTAC

OpenAI rəhbərliyindəki daxili fikir ayrılıqları qlobal süni intellekt bazarının dayanıqlılığı ilə bağlı narahatlıqları artırıb.

AZƏRTAC “Business Insider”ə istinadla bildirilir ki, 100-dən çox müsahibə və daxili sənədlərə əsaslanan araşdırma şirkətin baş direktoru Sem Altmanla bağlı uzunmüddətli etimad problemlərini üzə çıxarıb. Qeyd edilir ki, bəzi rəhbər şəxslər onun idarəetmə və kommunikasiya üslubunu tənqid ediblər.

Xatırladaq ki, 2023-cü ildə OpenAI direktorlar şurası Altmanı vəzifəsindən uzaqlaşdırmış, lakin o, qısa müddət sonra yenidən posta qayıtmışdı. Bundan sonra şirkətdən ayrılan bəzi keçmiş əməkdaşlar öz startaplarını qurublar. Onlardan biri də Dario Amodeinin rəhbərlik etdiyi “Anthropic”dir.

Ekspertlər hesab edirlər ki, bu kimi daxili ziddiyyətlər sürətlə böyüyən süni intellekt sektorunun gələcək inkişafına təsir göstərə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azertag.az

1Mənbələr