AZ

İranla ABŞ atəşkəs barədə razılığa gəldi - Şərif

İranla

İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif X hesabında yazıb.

"Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir.Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm. "İslamabad Danışıqları" davamlı sülhə nail olmaqda uğur qazanacaq", - baş nazir qeyd edib.

Seçilən
21
13
xalqcebhesi.az

10Mənbələr