AZ

Dollarla bağlı YENİ PROQNOZ

Mövcud konyukturanı nəzərə alsaq, dolların məzənnəsi yaya qədər 75 rubla qədər düşəcək.

Publika.az xəbər verir ki, barədə "Gazeta.Ru"ya "Qarda Kapital"ın investisiya strateqi Aleksandr Baxtin bildirib.

O vurğulayıb ki, rublun sabitliyinin "üç sütunu" xarici valyutaya olan zəif tələbat, Rusiyada valyutanın rahat təklifi və yüksək uçot dərəcəsidir.

"Birinci və üçüncü faktorlar bir-biri ilə bağlıdır - yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi fonunda iqtisadiyyat soyumağa başlayıb. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, yanvar-fevral aylarında Rusiyanın ÜDM-i illik ifadədə 1,8% azalıb. Fevral ayında pərakəndə satışların templəri son üç ilin minimumuna qədər yavaşlayıb. Təbii ki, idxala olan tələbat da zəifləyib, müvafiq olaraq xarici valyutalara ehtiyac azalıb. Valyuta təklifi isə neftin əhəmiyyətli dərəcədə aşağı qiymətlərində belə rahat səviyyədə idi, indi isə bazar valyuta təklifinin artacağını gözləyir", - deyə Baxtin qeyd edib.

Seçilən
26
50
publika.az

10Mənbələr