Ağ Ev İranla əldə olunan iki həftəlik atəşkəsi ABŞ üçün qələbə kimi qiymətləndirib.
VAXT.AZ “Associated Press”ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Livitt prezident Donald Trampın elan etdiyi atəşkəslə bağlı yazılı açıqlamasında bildirib ki, ABŞ qüvvələri qısa müddətdə əsas hərbi hədəflərə nail olub.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı başladığı “Epik qəzəb” əməliyyatının əvvəlcədən 4–6 həftə davam edəcəyi proqnozlaşdırılsa da, ABŞ ordusu əsas hərbi hədəflərə 38 gün ərzində nail olub və bunları aşmağı bacarıb.
Sözçü əldə olunan atəşkəsi ABŞ üçün mühüm uğur kimi qiymətləndirərək qeyd edib ki, bu nəticə prezident Donald Tramp və ABŞ ordusunun fəaliyyəti sayəsində mümkün olub. O vurğulayıb ki, hərbi uğurlar ABŞ-yə diplomatik danışıqlarda əlavə üstünlüklər qazandırıb və uzunmüddətli sülh üçün imkan yaradıb.
Livit həmçinin bildirib ki, Donald Tramp Hörmüz boğazının yenidən açılmasına nail olub və ABŞ-nin maraqlarının qorunması istiqamətində mühüm nəticələr əldə edilib.
Karolin Livitt əlavə edib ki, məsələ ilə bağlı daha ətraflı məlumatın ABŞ müdafiə naziri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Keyn tərəfindən yaxın saatlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir.