AZ

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət etdi

Aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır və qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - müraciətdə bildirilib və əlavə olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar:

Seçilən
12
21
publika.az

10Mənbələr