AZ

Dollar da ucuzlaşmağa BAŞLADI

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ticarət dairələrinin məlumatlarına görə, ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilməsi xəbərlərindən sonra dollar digər qlobal valyutalara nisbətən zəifləyir.

"Cebheinfo.az" xəbər verir ki, avronun dollara qarşı məzənnəsi əvvəlki bağlanışdakı 1,1597 dollardan 1,1674 dollara yüksəlib. Dollar-yen məzənnəsi əvvəlki bağlanışdakı 159,64 yenə nisbətən 158,65 yenə düşüb. Dollar indeksi 0,67% azalaraq 99-a düşüb.

Bütün bunlar  ABŞ Prezidenti Donald Tramp İranın bombardmanını iki həftə müddətinə dayandırmaq barədə razılığını açıqlamasından və atəşkəsin qarşılıqlı olacağına zəmanətindən sonra baş verib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr