Şəki Ağır Cinayətlər Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Polad Ağababayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum olunub.
İttihama görə, hadisə 31 avqust 2025-ci il tarixdə saat 16 radələrində Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Polad Ağababayev sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Opel Astra” minik markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, sərnişini, 11 yaşlı oğlu Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisədən sonra Polad Ağababayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov